Hadisə

Azərbaycanda gənc qızı sürət qatarı vurub

  • 08 Jun 2018
  • 155059 baxış

Abşeron rayonunun Xırdalan şəhərində gənc qızı qatar vuraraq ona ağır xəsarət yetirib.

Milli.Az Xalq.tv-ye istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Yaqubova Aytən Ədalət qızı ötən gecə platformada relslərə yaxın ərazidə dayanarkən, onu Bakı-Sumqayıt reysi ilə hərəkətdə olan sürət qatarı vurub.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR