Hadisə

Bakıda orta yaşlı kişini avtomobil vurub

  • 08 Jun 2018
  • 155333 baxış

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az Xalq.tv-ye istinadən bildirir ki, Buzovna qəsəbəsinin Albalı yaşayış massivində ad-soyadı hələlik bilinməyən 40-45 yaşlı kişini "Mercedes" markalı avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR