Hadisə

Sumqayıtda gənclər qəzaya düşüblər

  • 08 Jun 2018
  • 155256 baxış

Sumqayıt şəhərində yol qəzası nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Milli.Az Xalq.tv-ye istinadən bildirir ki, ötən gecə şəhərin Səməd Vurğun küçəsi ilə Dənizkənarı bulvar istiqamətində hərəkətdə olan avtomobil qarşı tərəfdən gələn digər maşınla toqquşub.

Hadisə nəticəsində Sumqayıt şəhər sakini - 1998-ci il təvəllüdlü Əliyev Nahid Zahid oğlu , 1998-ci il təvəllüdlü Məcidov Rövşən İslam oğlu, 2000-ci il təvəllüdlü Tağıyev Kamil Şahin oğlu və 2000-ci il təvəllüdlü Bayramov Fəqan İsmayıl oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya düşən gənclər Qədr gecəsi əməllərini yerinə yetirmək üçün məscidə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR