Hadisə

Sumqayıtda 15 günlük körpənin üzərinə qaynar su dağılıb

  • 08 Jun 2018
  • 155230 baxış

Sumqayıt şəhərində 15 günlük uşaq qaynar sudan yanıb.

Milli.Az Xalq.tv-ye istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü yerli sakin Əliyev Əli Hətəmxan oğlu yaşadığı İnşaatçılar qəsəbəsi, ev 3/36 mənzil 9 ünvanında nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.

O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Azyaşlı 15 gün bundan öncə dünyaya gəlib.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR