Hadisə

Qaxda gənc qadın özünü zəhərləyib

  • 08 Jun 2018
  • 155260 baxış

Qaxda iki uşaq anası intihara cəhd edib.

Milli.Az Xalq.tv-ye istinadən xəbər verir ki, mayın 7-dən 8-ə keçən gecə Qax rayonu Qaratala kəndində anadan olan və Üzümlü kəndinə gəlin köçən 1998-ci il təvəllüdlü Kəmalə Vəzir qızı Cəfərova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan Xalq.tv-ye bildirilib ki, Kəmalə Cəfərova bilinməyən səbəbdən müxtəlif adda bir neçə dərman həbi qəbul edib. Həkimlərin müdaxiləsindən sonra Kəmalə Cəfərovanın vəziyyəti stabilləşib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR