İqtisadiyyat

Kürdəmirdə kombayn çatışmazlığı yaşanır - VİDEO

  • 07 Jun 2018
  • 159341 baxış

Bir çox ərazilərdə arpa biçini başa çatsa da, Kürdəmirdə fermerlər hələ də biçin apara bilməyib. Səbəb isə kombayn çatışmazlığıdır.

XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, rayonun Karrar qəsəbə sakinlərinin yetişdiridikləri arpa hələ də sahədədir. Sakinlər biçinin gecikməsinin arpanın itkiyə getməsi ilə nəticələnəcəyinı bildirir. Fermerlərin sözlərinə görə, onlara məxsus 170 hektardan çox ərazidə vaxtında arpa biçini aparılmadıgı üçün məhsuldarlıq çox aşağı olacaq.

Sakinlər aidiyyati qurumlara müraciət ediblər, amma kombaynla təmin olunmayıblar.

"Aqrolizinq" ASC-nin Kürdəmir Aqroservisinin müdiri Valeh Məmmədəliyev "Xəzər Xəbər"ə bildirdi ki, servisə məxsus 15 kombayn var və texnikalar sahələrdə biçin işləri aparır. Onun sözlərinə görə, Karrar qəsəbəsi iki gün ərzində kombaynla təmin olunacaq.

>

Qeyd edək ki, rayon ərazisində 44800 hektar taxıl əkilib ki, bundan 28300 hektar arpa, 16500 hektar bugdadır. Hazırda bu günə qədər cəmi 5500 hektar taxıl biçini aparılıb.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR