idman

\"Ramos axmağın biridir\"

  • 07 Jun 2018
  • 159025 baxış

"Real Madrid"in kapitanı Serxio Ramosun ÇL finalında "Liverpul"dan Salahla Kariusu zədələməsi barədə danışarkən Firmino ilə bağlı ironik açıqlaması cavabsız qalmayıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Firmino əvvəlcə bu barədə fikir bildirmək istəməsə də, sonradan bu açıqlamalarına görə Ramosu "axmaq" adlandırmaqdan çəkinməyib:

"Düzü, mən bu barədə danışmamağa üstünlük verirəm. Məncə o çempion olub deyə belə fikirləşir. Ancaq bu fikirlərinə görə o axmağın biridir deyə bilərəm, bu qədər".

Xatırladaq ki, Ramos Salah və Kariusa qarşı sərt oyunu barədə olan tənqidlərə hiddətlənərək məsələnin şişirdildiyini bildirmiş, ironiya ilə Firminoya da söz atmışdı:

"Bir o qalıb ki, Firminonun üstünə düşən bir damcı tərimdən sonra qrip olduğunu desinlər". 

Xatırladaq ki, "Real Madrid" - "Liverpul" finalı madridlilərin 3-1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR