SAĞLAMLIQ

GMO əsri başlayır

  • 07 Jun 2018
  • 159380 baxış

XalqTV.com Day.az-a istinadən kardioloq Vüsal Vəliyevin yazısını təqdim edir:

"Azərbaycanda qətl və zorakılığın artmasına səbəb təhlükəli GMO ərzaqlar, energetik içkilərdir" fikrini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir məsləhətçisi bu yaxınlarda verdiyi müsahibəsində deyir. Energetik içkilər haqqında əvvəllər bir yazı yazmışdım. Təkrarçılığa yol verməmək üçün bu səfər GMO məhsullar haqqında bir yazı hazırladım. 

GMO deyəndə  "genetik modifikasiyalı orqanizmalar" nəzərdə tutulur. Yəni bitki, heyvan və mikroorqanizmaların genetik mateyalının süni yolla dəyişdirilməsi prosesidir. Bunu edən texnologiyaya "modern biotexnologiya", "biomühəndislik", ya da "genetik mühəndislik" deyilir. Dədə-babalarımız məsələn, müxtəlif qoyun sortları arasında cütləşdirmə edərək, yaxud buğda sortlarını çarpaz tozlandıraraq yeni növlər əldə ediblər. Bu, təbii yolla olan genetik modifikasiyadır və ən az 10 min ildir  insanlar tərəfindən aparılır. 1953-cü ildə genetik informasiyanın DNA molekulları ilə ötürülməsi kəşf olunandan sonra genetik mühəndislik sahəsi yaranmağa başladı. İlk dəfə 1994-cü ildə ABŞ-da GMO pomidorlar market rəflərinə çıxdı. Amerikan Qida və Dərman İdarəsi (FDA) o pomidorlar haqqında "ənənəvi üsullarla yetişdirilən pomidor qədər etibarlıdır" açıqlamasını yaymışdır.

GMO-lu bitkilərin yetişdirilməsində əsas məqsəd herbisid və pestisid kimi kimyəvi maddələrə qarşı bitkinin müqavimətini artırmaq, tez xarab olmasının qarşısını almaq, isti,soyuq, quraqlığa davamlılıq, təbiətə dəyən zərəri minimuma endirmək, qida dəyərini artırmaq və s. dir. Dünya əhalisinin sürətlə artması, aclıq sərhəddində yaşayan insanları doyurmaq, kənd təsərrüfatına yararlı torpaq sahələrinin azalması da səbəblər arasındadır.

Bakteriyaların da genetik materyalı dəyişdirilərək tibdə dərman, peyvənd hazırlanmasında istifadə olunur. Hamıya tanış olan, şəkər xəstələrinin istifadə etdiyi insulin dərmanı GMO bakteriyalardan əldə edilir. "Gen terapiyası" deyilən, yəni genetik modifikasiyalı viruslarla xəstəliklərin müalicəsi gündəmdədir.

>

Dünyada GMO-lu məhsullar ətrafında müzakirə gedir.  2014-cü ildə Avropa Birliyinin bəzi dövlətlərində GMO taxılların yetişdirilməsi qadağan edilmişdir. Əslində qadağanın səbəbi sağlamlığa zərərindən deyil, siyasi qərardır. Azərbaycan GMO gətirilməsi, satılması qadağandır. Amma GMO məhsullar bir şəkildə qidalarımıza daxil olmuşdur və marketlərdəki əksər qidalarda var. 

İnsanların bir hissəsi GMO adı eşidən kimi qarşı çıxır, bildi-bilmədi, refleks olaraq. Bəzi insanlar necə ki dünyada iqlim dəyişikliyi olduğuna, peyvəndlərə qarşı çıxır, məmə xərçəngini otla müalicə edir, onlar eyni düşüncəylə GMO-ya da qarşı çıxır. Bəzi radikal dindarlar tarixdə hər zamankı kimi yenə elmin qarşısını kəsərək, GMO texnologiyasını "Allahın işinə qarışmaq" olaraq görürlər. 2015-ci ildə ABŞ-da bir araşdırma mərkəzi tərəfindən aparılan bir sorğuda elm adamlarının 88%-i, adi vətəndaşların isə 37%-i GMO qidaları etibarlı hesab edir. "GMO məhsullar sağlamlığa zərərlidir", "Rədd olsun GMO!" fikirləri səhv yanaşmadır, elmə arxa çevirməkdir. GMO-ların allergiya, xərçəng xəstəliyi, antibiyotiklərə müqavimət, sonsuzluq, hamiləlik və s. sahələrdə sağlamlığa zərərli olduğu haqda iddialar var. Amma böyük elmi tədqiqatlarda bu iddialar təsdiqini tapmayıb.

"Qətl və zorakılığın artmasına səbəb" kimi GMO ərzaqların göstərilməsi dağ boyda problemləri görməzdən gəlib, diqqəti bir qayaya yönəltməkdir. Üstəlik bu haqda elmi sübut da yoxdur. Ölkəmizdə qətl və zorakılığın əsas səbəbləri çarəsizlik, ümidsizlik, TV-lərdə səviyyəsiz verilişlər, məktəbdəki təhsil, bərbad vəziyyətdə olan ədalət, hüquq sistemimiz, işsizlik, kasıbçılıq, dini ekstremizm, alkoqol və narkotik asılılığı ola bilərmi?

[email protected]

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO