idman
Əliyar Ağayev UEFA-nın kursuna qatılacaq
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev İsveçrənin Nyon və Cenevrə şəhərlərində UEFA-nın təşkilatçılığı ilə elit və birinci kateqoriyaya daxil olan hakimlər üçün kursa dəvət alıb.
XalqTV.com-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, avqustun 1-də start götürəcək kursda ilk dəfə iştirak edəcək.
Qeyd edək ki, Əliyar Ağayev bir neçə gün əvvəl UEFA tərəfindən birinci kateqoriyalı hakimlər siyahısına daxil edilib.
XalqTV.com
RƏYLƏR