Siyasət

Qarabağda hərbi çevriliş?

  • 06 Jun 2018
  • 159335 baxış

"Sputnik Armenia" xəbər verir ki, Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qondarma rejimin "milli təhlükəsizlik xidmətinin" direktoru, general Arşavir Qaramyan da istefa verib.

Onun istefası barədə yaxın dəqiqələrdə elan ediləcək. Qaramyanın ötən həftə sonu Xankəndində başlayan və 4 gün davam edən etirazlara görə istefa verdiyi bildirilir. Bundan əvvəl qondarma rejimin "dövlət naziri" Araik Arutyunyan və polis rəisi, general Kamo Ağacanyan istefa veriblər.

Qarabağlı müxalifətçi, "Milli dirçəliş" partiyasının liderlərindən biri Tiqran Qriqoryan Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qondarma rejimin hərbi çevrilişlə devrilməsinə hazırlıq getdiyini bildirib. 

XalqTV.com virtualaz.org-a istinadən xəbər verir ki, Qriqoryan bu haqda özünün Facebook səhifəsində müraciət yayıb.

Onun bildirdiyinə görə, "vətəndaşlar" hərbi çevrilişə qarşı ayıq-sayıq olmalıdır. Çünki "dövlət naziri" Araik Arutyunyan güc strukturlarının rəhbərlərinin təzyiqləri ilə istefaya gedib. O, Xankəndində ötən həftə sonu başlayan etirazlar zamanı nümayişçilərin tələblərinin yerinə yetirilməsi və güc strukturlarında təmizləmələrin aparılması tərəfdarı kimi çıxış etmişdi.

Qriqoryan bildirir ki, qondarma "prezident" Bako Saakyan güc strukturlarının təzyiqi altındadır və o, "milli təhlükəsizlik xidmətinin" rəhbəri Arşavir Qaramyanı Araik Arutyunyanın yerinə təyin edəcək. Başqa sözlə, son hadisələrə görə günahkar olanlar nəinki cəzalandırılmayacaq, üstəlik onlar hakimiyyəti ələ keçirəcəklər.

/>

Kamo Ağacanyan

Qarabağ separatçılarının "polis rəisi", "general" Kamo Ağacanyan da istefaya gedib.

K.Ağacanyan istefasına səbəb kimi Qarabağda, onun üçün prioritet olan daxili və xarici təhlükəsizliyin və stabilliyin təmin olunmasını göstərib.

O, artıq istefa ərizəsini separatçıların lideri Bako Saakyana təqdim etdiyini bildirib.

/>

Araik Arutyunyan

Qarabağ separatçılarının "dövlət naziri" Araik Arutyunyan da istefaya gedənlər arasındadır.

Araik Arutyunyan bununla bağlı ərizəsini separatçı rejimin başçısı Bako Saakyana təqdim edib.

A.Arutyunyan istefasının səbəblərini bu gün 15:00-da keçirəcəyi mətbuat konfransında açıqlayacaq.

Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin "baş naziri" olub. O, Bako Saakyandan sonra Qarabağ separatçılarının 2-ci şəxsi hesab edilib.

Onu da xatırladaq ki, daha əvvəl-milli təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə davadan sonra Xankəndidə kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar nəqliyyatın hərəkətini dayandıraraq güc strukturları rəhbərlərinin istefasını tələb ediblər.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR