idman

Ən pis sonluqla bitən seriallar açıqlandı

  • 06 Jun 2018
  • 155269 baxış

"USA Today" film tənqidçiləri məntiqsiz və ya maraqsız sonluqlarla bitən məşhur serialların reytinqini hazırlayıb. 

XalqTV.com oxu.az-a istinadən bildirir ki, siyahıya "Mən sizin ananıza necə rast gəldim" serialı liderlik edib.

Filmin sonunda Ted (Coş Rednor) gözlənilmədən Robin (Kobi Smolders) ilə münasibətlərini bərpa edir.

Tənqidçilərin fikrincə "Mən sizin ananıza necə rast gəldim" serialının yaradıcılarının bu səhnə ilə finala çatması lazımsız idi. 

>

Siyahıda ikinci yeri "Saynfeld" tutub. Müəlliflər filmin sonunda bütün əsas personajları həbsxanaya göndərməklə kifayətlənirlər. 

Üçüncü pillədə "Sağ qalmaq", 4-cüdə isə "Dekster" serialları qərarlaşıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR