Dünya

İran nüvə proqramını bərpa etdi

  • 06 Jun 2018
  • 152124 baxış

İran  hökuməti uran zənginləşdirmə səviyyəsini qaldırmağa başladığı haqda Beynəlxalq Atom Enerji Agentliyini (BAEA) bildiriş göndərib.

XalqTV.com  oxu.az-a istinadən bildirir ki, bunu İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

"Ötən gün biz BAEA-nə məktub göndərmişik. Həmin məktubda nüvə proqramı kontekstində işlərin başlandığını qeyd etmişik. Agentlik bu gün məktubu qəbul edib. Ona görə, bu gündən etibarən prakitiki addımlara başlayırıq" - deyə Salehi bildirib.

>

Onun sözlərinə görə, İran yaxın zamanda Natanz şəhərində yeni sentrifuqaların istehsalı üzrə mərkəz açmaq niyyətindədir.

Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ-ın İranla Vyanada bağlanmış nüvə sazişindən çıxmasından sonra Tehran uranın əvvəlki səviyyələrdə zənginləşdirilməsini bərpa edəcəyini xəbərdar etmişdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR