Siyasət

Avropa İttifaqı imzalarımızı tanıyacaq?

  • 05 Jun 2018
  • 155214 baxış

Azərbaycan elektron imzaların qarşılıqlı tanınması ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələri ilə iş aparır.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, bu sahədə işlər yerli qanunvericiliyin Aİ-nin yeni tapşırığına uyğunlaşdırılmasını nəzərdə tutur.

E.Vəlizadə əlavə edib ki, elektron ticarətin inkişafı üçün zəruri addımlar reallaşdırılır və ticarətin həcmi daim artır: "Bu sahənin daha da inkişaf etməsi üçün ölkələr arasında elektron imzaların qarşılıqlı tanınması və e-imzanın qeyri-rezidentlər tərəfindən istifadəsi imkanının təmin olunması üzrə işlər aparılır".

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR