idman
\"Yuventus\" yarımmüdafiəçisinə qiymət qoydu
"Yuventus" bosniyalı yarımmüdafiəçi Miralem Pyaniçə qiymət qoyub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Turin klubu onu 80 milyon avrodan aşağı satmaq fikrində deyil.
"Qoca senyora" transferdən əldə olunacaq pulu "Latsio"dan Serqey Milinkoviç-Saviçi ələ keçirmək üçün istifadə etməyi düşünür. Pyaniçi "Real Madrid" və "Barselona" heyətində görmək istəyir.
28 yaşlı havbek ötən mövsüm A Seriyasında çıxdığı 31 oyuna 5 qol, 8 məhsuldar ötürmə ilə fərqlənmişdi.
XalqTV.com
RƏYLƏR