idman
Xiaomi Mi Band 3-ün qiyməti məlum oldu
GizChina.it saytının verdiyi məlumata görə Xiaomi şirkətinin online mağazasında yeni Mi Band fitnes qoılbağının səhifəsi ortaya çıxıb.
XalqTV.com technote.az-a istinadən bildirir ki, həmin səhifə yeni nəsil qolbağın texniki göstəriciləri barəsində məlumat verməsə də onun qiymətini ortaya qoyub. Beləliklə Mi Band 3 fitnes qolbağı Çin bazarında 26$ qiymətinə satılacaq. Hal hazırki Mi Band 2 modeli 22-24$ qiymətinə satılır. Məlumatlara əsasən Mi Band 3 bir qədər böyüdülmüş OLED ekran, xüsusi jestlərlə idarəetmə sistemi, Bluetooth 4.2 və IP67 standartı üzrə sudan qorunma özəlliyi ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Mi Band 3 Xiaomi Mi 8 ilə birlikdə 31 May tarixində təqdim olunacaqlar.
XalqTV.com
RƏYLƏR