Bakıda keçiriləcək Avropa Liqasının TƏQVİMİ
İyunun 22-dən 24-dək Bakıda təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turnirinin təqvimi müəyyənləşib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq.
Millimiz Portuqaliya, Belarus və Fransa yığmaları ilə birgə I, İsveçrə, İtaliya, Ukrayna və Almaniya milliləri isə II qrupda yer alıb.
22 iyun
Saat 14:45 İsveçrə - Ukrayna
Saat 16:00 Portuqaliya - Belarus
Saat 17:15 Almaniya - İtaliya
Saat 18:30 Fransa - Azərbaycan
23 iyun
Saat 14:45 İsveçrə - Almaniya
Saat 16:00 Portuqaliya - Fransa
Saat 17:15 İtaliya - Ukrayna
Saat 18:00 Belarus - Azərbaycan
24 iyun
Saat 14:45 Belarus - Fransa
Saat 16:00 Ukrayna - Almaniya
Saat 17:15 İtaliya - İsveçrə
Saat 18:30 Azərbaycan - Portuqaliya
XalqTV.com