idman

Cibril Racub Messiyə çağırış edib: \"Gəlmə...\"

  • 03 Jun 2018
  • 151850 baxış

Fələstin Futbol Federasiyasının (FFF) prezidenti Cibril Racub ərəb və müsəlmanları İsrail yığması ilə yoldaşlıq görüşündə iştirak edəcəyi təqdirdə Argentina millisi və "Barselona" klubunun hücumçusu Lionel Messinin foto və futbolkalarını yandırmağa çağırıb.

XalqTV.com report.az-a istinadən bildirir ki, Racub bu bəyanatla Rəmallahda Argentina nümayəndələrinin olduğu ofis yaxınlığında keçirilən nümayişdən sonra çıxış edib.

FFF rəhbəri Argentina tərəfini İsrail ilə matçdan imtina etməyə çağırıb.

"Messi, gəlmə. İrqçiliyə bəraət qazandırma", - deyə o bildirib.

İsrail və Argentina milli komandaları arasında yoldaşlıq görüşü iyunun 9-da Qüdsdə keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR