idman

Göyçay körpüsünün aşma anı... - VİDEO

  • 03 Jun 2018
  • 158978 baxış

Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki təxminən 40 metr uzunluğu olan körpü güclü selin təsirinə dözməyərək uçub.

XalqTV.com azxeber.com-a istinadən xəbər verir ki, güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli körpünü tamamilə uçurub.

Qeyd edək ki, bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb. Xatırladaq ki, körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti bu gün günorta saatlarından dayandırılmışdı.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR