Hadisə

Göyçay çayı üzərindəki körpünün bir hissəsi uçub

  • 03 Jun 2018
  • 155233 baxış

Ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub.

XalqTv.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, uçqun ümumi uzunluğu (yanaşma yolları ilə birgə) 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verib.

Uçmuş hissənin uzunluğu təqribən 14-15 metr təşkil edir.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR