Şou Bİznes

Aytəndən Mətanətə jest - Şoudan başqasını uzaqlaşdırdı

  • 03 Jun 2018
  • 154997 baxış

XalqTv.com axşam.az-a istinadən bildirir ki, proqram boyunca Aytənlə Mətanət arasındakı gərgin anlar davam edib. 

Bu dəfə ən çox fotosu atılan aparıcı Aytən Səfərova olub. Hər kəs Səfərovanın səs topladığı təqdirdə Mətanəti uzaqlaşdıracağını düşünüb. 

Sonda Aytən 80,38 faiz səs toplayıb. Aparıcı şoudan Mətanəti uzaqlaşdırnayacağını deyib:

"Mətanət, sən də, mən də anayam. Biz həmkarıq, birləşmək əvəzinə burada dava edirik. Sən də, mən də düz etmədik. Sənu oyundan uzaqlaşdırmıram. Gəl, bu mübarizəni dayandıraq. Bəlkə mənə səs göndərənlər məni qınayacaqlar. Kinli insan deyiləm. Çörək də kəsmişik, yol yoldaşı da olmuşuq. İlk gündən dedim ki, həmkarlarıma dəyməyəcəm. Göstərdim ki, səs toplaya bilərəm. Qərarım əvvəldən var idi".

A.Səfərova şoudan Məcid Hüseynovu uzaqlaşdırıb. 

Şouda qalanlar aparıcılar Mətanət Əliverdiyeva, Aytən Səfərova, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyevadır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR