İqtisadiyyat

\"Apple\" işçilərinin maaşları nə qədərdir? - SİYAHI

  • 03 Jun 2018
  • 155031 baxış

Dünyanın ən böyük şirkətlərindən olan "Apple" işçilərinə təqdim etdiyi sosial imkanlarla bərabər yüksək əmək haqqlarla da diqqət mərkəzindədir.

XalqTV.com moneta.az-a istinadən bildirir ki, əsasən, kodlaşdırma və marketinq sahəsində işləyənlər arasında ən populyar şirkətlərdən biri olan "Apple" bu populyarlığını təqdim etdiyi imkanlara borcludur.

Beləliklə, "Apple" işçilərinin ortalama illik maaşları:

1. Avadanlıq mühəndisi: 157 min 780 dollar

2. Aparıcı Dizayn Mühəndisi: 162 min 988 dollar

3. Baş Proqram Mühəndisi: 163 min 212 dollar

4. Satınalma Meneceri: 164 min 998 dollar

5. Baş Marketinq Meneceri: 167 min 133 dollar

6. Proqram İnkişafı Mütəxəssisi: 168 min 692 dollar

7. Böyük Maliyyə Meneceri: 170 min 53 dollar

8. Baş Məhsul Meneceri: 170 min dollar

9. Tətbiq İnkişafı Mühəndisi: 175 min 307 dollar

>

10. Baş Əməliyyat Meneceri: 179 min 211 dollar

11. Mühəndis (Menecer): 180 min 467 dollar

12. Proqram Mühəndisi: 181 min dollar

13. Sənaye Dizayneri: 182 min 823 dollar

14. Proqram Mühəndisliyi üzrə Baş Menecer: 194 min 786 dollar

15. Baş Mühəndis Meneceri: 204 min 100 dollar

16. Yaradıcı Direktor: 210 min dollar

17. Baş Hüquqşunas: 213 min 579 dollar

18. Proqram Mühəndisliyi Direktoru: 230 min 551 dollar

19. Menecer: 254 min dollar

20. Baş Menecer: 309 min 113 dollar

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR