SAĞLAMLIQ

Qanuna əsasən həkim -pasiyent münasibəti

  • 02 Jun 2018
  • 155206 baxış

Son zamanlar həkimlərlə pasiyentlər arasında ara-sıra baş verən narazılıq faktlarını nəzərə alıb, Azərbaycan Respublikasının qanunvericiliyinə görə həkim-pasiyent münasibətinin necə tənzimlənməsi haqqında hər hansı rəsmi sənədi axtardıq.
Azərbaycan Səhiyyə Nazirliyinin 137 nömrəli əmri ilə təsdiq olunmuş Həkimlərin etik davranış qaydalarında həkim və pasiyent arasında təyin olunmuş münasibət və davranış qaydaları vardır.

XalqTV.com medicina.az-a istinadən həmin bəndi təqdim edir:

15. Həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Həkim öz işində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutur.
 
16. Həkim pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində ilk növbədə zərər vurmamaq prinsipini rəhbər tutmalıdır.
 
17. Xəstənin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər görməli olan həkim onunla pasiyent arasında zəruri qarşılıqlı inamın olmamasına əmin olduğu, habelə özünü kifayət qədər peşəkar hiss etmədiyi və yaxud müalicənin aparılması üçün lazımi imkanların olmadığı hallarda, təxirəsalınmaz tibbi yardım halları istisna olmaqla, xəstənin müalicəsindən imtina edə bilər. Həkim bu və digər hallarda müvafiq rəhbərliyi məlumatlandırmalı və xəstəyə başqa mütəxəssis tövsiyə etməlidir.
 
18. Təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququna hörmətlə yanaşılmalıdır. Pasiyentin, müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla, sağlamlığının vəziyyəti barədə məlumat almaq hüququ vardır.
 
19. Həkim pasiyentin şərəf və ləyaqətinə, şəxsi sirr hüququna hörmət etməli, onun və ailə üzvlərinin şəxsi işlərinə qarışmamalı, ona səmimi münasibət göstərməlidir.
 
20. Həkim səhvlərə yol verilməsi və ya müalicə prosesində gözlənilməz ağırlaşmalar zamanı xəstəni və təcrübəli həmkarını məlumatlandırmalı, bu barədə göstərişləri gözləmədən zərərli nəticələrin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə başlamalıdır.
 
21. Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə və ya hərəkətlə tezləşdirmək, həyatın davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması qadağandır.
 
22. Xəstəni bilərəkdən evtanaziyaya meyl etdirən şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Bu davranış qaydalarında diqqətimizi çəkən əsas bənd  - Həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıması və   Həkim pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir - hissəsi oldu.
Həkim hər hansı müalicə üsulunun seçimində ilk növbədə zərər vurmamaq prinsipini rəhbər tutmalıdır.

>

Əslində, pasiyentlərin də həkimlərdən gözlədiyi budur. Bəs görəsən bütün həkimlər göstərdiyi xidmətin keyfiyyətinə cavabdehlik daşıyırmı? Əgər cavabdehlik varsa, lakin etdiyi müalicə effektsiz, əksinə zərərli və fəsadlıdırsa, o zaman həkim pasiyent və qanunvericilik qarşısında hansı məsuliyyəti daşıyır? Bu vaxtda kimi hər hansı həkimin göstərdiyi tibbi fəaliyyətin yarıtmazlığına görə məhkəmə qərarı ilə təqsirli hesab olunmasına aid faktlar görməmişik. Pasiyenti əsassız riskə atmaq da həkim etikasına sığmırsa, bəs niyə həyatı və səhhəti riskə atılmış xəstə həkimdən heç bir halda şikayət edə bilmir? Ümumiyyətlə, bütün həkimlər pasiyent qarşısında bu kimi cavabdehliyi olduğunu bilirmi?

Əgər həkim Səhiyyə Nazirliyinin əmrinə əsasən öz fəaliyyət və davranışında bu norma və qaydaları nəzərə almırsa, o zaman bu əmr və qanunlar kimin üçün, nə məqsədlə hazırlanıb? Göründüyü kimi, qaydalar var, amma onun icra mexanizmində boşluqlar çoxdur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO