idman

Əmrə Can \"Yuventus\"la razılaşdı

  • 02 Jun 2018
  • 154794 baxış

İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Əmrə Can azad agent statusunda "Yuventus"a (İtaliya) keçməyə yaxındır. 24 yaşlı futbolçu artıq Turin klubu rəhbərliyi ilə müqavilənin şərtlərini razılaşdırıb.

XalqTV.com report-a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marsionun saytı məlumat yayıb.

Türkiyə əsilli futbolçunun "Yuventus" klubu ilə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Oyunçu yaxın günlərdə tibbi müayinədən keçəcək.

Əmrə ötən mövsüm İngiltərə Premyer Liqasında "Liverpul"a 26 matçda köməklik edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. O, son üç ayı belindən aldığı travmadan sonra bərpa prosesi keçib.

Can mersisayd klubuna 2014-cü ildə "Bayer"dən (Almaniya) keçib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR