idman
Maradona: \"Messi heç nə sübut etməli deyil\"
Diyeqo Maradona Argentina millisinin kapitanı Lionel Messidən dünya çempionatı öncəsi rahat olmağı istəyib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 1986-cı ilin dünya çempionu bunları deyib:
"Messiyə məsləhət görərdim ki, futboldan həzz alsın. Argentinanın dünya çempionu olub-olmaması fərq etmir. İstənilən halda Messi tənqidləri yadda çıxarmalıdır. O, heç nə sübut etməli deyil.
Baş məşqçi Sampaolini tanımıram və onun fikirlərini bilmirəm. Amma millinin bir sıra futbolçuları ilə tanışıq. Bilirəm ki, onlar var gücləri ilə döyüşəcək. Hesab edirəm ki, komandanın çempionluq şansları yaxşıdır. Amma Argentinanı favorit göstərməyəcəm. Çünki bu turnirdə favoritlər heç vaxt çempion olmurlar".
XalqTV.com
RƏYLƏR