Hadisə

Bakı-Qazax yolundakı qəzada 30 nəfər yaralandı

  • 01 Jun 2018
  • 154560 baxış

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

XalqTv.com  APA-ya istinadən xəbər verir  ki, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.
 
Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.

***

Bakı-Qazax yolunda qəzaya düşən turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR