idman

Avropa çempionatı üçün yığmanın heyəti açıqlandı

  • 31 May 2018
  • 152453 baxış

İyunun 4-də Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında start götürəcək Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, qitə birinciliyində ilk olaraq, yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yığmanın baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Zaur Əliyev (55 kq), Murad Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) çıxış edəcək. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionata 3 qadın güləşçi - Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Səbirə Əliyeva (76 kq) qatılacaq. 

Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov (57 kq), Şamil Zubairov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Pənah İlyaslı (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Elçin Vəliyev (92 kq) yarışacaq. 

Görüşlərin idarə edənlər arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev də olacaq. Bir həftəyədək davam edəcək Avropa çempionatında 19 - 23 yaşlı güləşçilər mübarizə aparacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR