Hadisə

Hərəkətdə olan maşın qəfildən alışıb yandı

  • 31 May 2018
  • 152795 baxış

Sabunçu rayonunda hərəkətdə olan "VAZ" markalı minik avtomobili qəfil tüstüləməyə başlayıb.

XalqTV.com  ARB TV-yə istinadən xəbər verir ki, sürücü maşını saxlayaraq avtomobili tərk edib və qısa zaman ərzində tüstülənmə alova çevrilib.

Maşın alışmağa başladıqda isə dərhal hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Alovun qarşısı alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb və hadisənin başvermə səbəbləri araşdırlır.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR