idman

Fotodakı ruh iki uşaq anasını qorxutdu - FOTO

  • 31 May 2018
  • 151615 baxış

İki övlad anası Lora Uotson çox qorxduğunu, hətta depressiyaya düşdüyünü deyir. Onun sözlərinə görə, qorxusunun səbəbi isə fotoşəkildir.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, Lora Uotson övladları və qardaşı oğlu ilə birlikdə Nortumberlenddəki Pleysi Vuds parkına yollanmışdılar.

Loranun qızı, 15 yaşlı Şarlotta və 9 yaşlı oğlu Brin Uotson böyük ağaca dırmaşmağa başlayanda 16 yaşlı Cek də onlara qatılır.

Lora da bu anın fotosunu çəkir.

>

Fotonu görəndə isə qadın çox qorxur, çünki onun qardaşı oğlu Cekin arxasında bir qadının üzü görünürdü, Qadın sağ əlini Cekin çiyninə qoymuşdu.

Halbuki foto çəkiləndə ağacın gövdəsinin arxasında, ümumiyyətlə, yaxınlıqda Loradan başqa qadın yoxdu.

"Brinin arxasındakı qadının kimliyi məni maraqlandırır. Çox qorxmuşam, çünki fotonu çəkəndə ağacın arxasında kimsə yoxdu", - Lora Uotson deyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR