idman

\"Samir Abasov namizəd deyil desək, yalan olar\"

  • 30 May 2018
  • 152700 baxış

"Qəbələ"nin yeni baş məşqçisinin adı yaxın günlərdə bilinəcək.

XalqTV.com xəbər verir ki, bu barədə qol.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, ya bu gün, ya da sabah "Qəbələ" prezidenti Tale Heydərovun başçılığı altında rəhbərlik səviyyəsində görüş olacaq və bütün məsələlərə orada aydınlıq gələcək:

"Hələlik heç nə dəqiqləşməyib. Bu gün və ya sabah rəhbərlik səviyyəsində iclasımız olacaq. Klubun yeni mövsüm üçün strategiyası və hədəfləri müəyyənləşəcək".

"Qəbələ" rəsmisi bir müddət adı əyalət təmsilçisi ilə hallanan Samir Abasovun mümkün təyinatına da münasibət bildirib. S. Səfiyarlı "Sumqayıt"ın sabiq çalışdırıcısının dünən "Qəbələ"nin bazasında olduğu, danışıq apardığı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Samir Abasov hazırda işsiz olan məşqçidir. Desəm ki, onun adı namizədlər arasında yoxdur, yalan olar. Amma nə klubun bazasında olub, nə də danışıq aparmışıq. Doğru məlumat deyil".

Yeni mövsümdən büdcənin azaldılacağı haqda iddialara da fikir bildirən "Qəbələ"nin meneceri bütün sualların qarşıdakı iclasdan sonra cavabını tapacağını söyləyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR