idman

İsrail yenə Qəzzanı bombalayır - VİDEO - FOTO

  • 30 May 2018
  • 155024 baxış

İsrail ordusu Fələstinin Qəzza bölgəsinə yenidən raket-bomba zərbələri endirməyə başlayıb.

XalqTV.com RİA Novosti-yəistinadən bildirir ki, İsrail Müdafiə Ordusunun (SAXAL) nümayəndələrinin dediklərinə görə, bu, fələstinli yaraqlıların, xüsusilə də HƏMAS mənsublarının İsrailə son günlərdə onlarla raket atmasına cavabdır.

İsrailə təqribən 70 raket və mina atılıb. Onların bir hissəsini İsrailin "İron Dome" ("Dəmir qübbə") hava hücumundan müdafiə sistemi zərərsizləşdirib.

İsrail ordusu Qəzzada "İslam cihadı" və HƏMAS-ın 55 obyekti vurulub.

Qəzza bölgəsində gərginlik bu ilin martında, "Nəkba" günü başlanıb. "Nəkba" fələstinlilər üçün "qara bayram", 1948-ci ildə İsrail dövlətinin yaradılmasından sonra fələstinlilərin öz ərazilərindən qovulmağa başlamasının anılmasıdır.

Mayın 14-də ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçrülməsindən sonra vəziyyət daha da gərginləşib.

Etirazlar başlanandan bəri 79 fələstinli həlak olub, 2300 nəfər yaralanıb.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR