SAĞLAMLIQ

Üz dərisi yay aylarında daha həssas olur

  • 30 May 2018
  • 152821 baxış

Dərinin gözəlliyi onun sağlamlığından çox asılıdır. İlin bütün fəsillərində qulluğa ehtiyacı olan üz dərisi yay aylarında daha həssas olur.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, yayda günəş vannası qəbul ediləndə onun mənfi təsirləri nəzərə alınmalı, dəri yandırıcı şüalar və zərərli təsirlərdən qorunmalıdır. Bu səbəbdən yay fəslində edilən makiyajın bir sıra qaydalarına riayət etmək mütləqdir.

Kosmetoloqların dediyinə görə, isti aylarda dəri ilə əlaqədar şikayətlərin əksəriyyətini günəşdən yanma halları təşkil edir. Əgər dəridə yanıq hiss olunarsa, dərhal qabaqlayıcı tədbirlər görülməlidir. Bunun üçün, ilk növbədə, əl-üzü yumaq, soyuducudan buz götürüb üz dərisini soyutmaq tələb olunur. Bunların heç biri olmadıqda zərər görmüş nahiyəyə qatıq çəkilir və 20 dəqiqə saxlanıldıqdan sonra yuyulur.

Günəşdən yanma hallarında bitki yağları, xüsusilə gicitkən, itburnu və zeytun yağı da yaxşı təsir göstərir. Dəridə yaranan çillər, ləkələr də günəşin ultrabənövşəyi şüalarının təsirindən əmələ gəlir. Ona görə də yay aylarında dəriyə intensiv qaydada qulluq göstərilməlidir.

>

Faydalı maskaların ev şəraitində hazırlanması mümkündür. İki qaşıq kəpək və bir qaşıq bal və ya bir qaşıq qaymaq qarışdırmaqla da sadə maska hazırlamaq olar.

Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə mütəxəssislər isti havada makiyajdan daha az istifadə edilməsini məsləhət görürlər. Xüsusilə ağır tonlaşdırıcı kremlərin daha yüngülləri ilə əvəz olunması məqsədəuyğun hesab edilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45755 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 627 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 628 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 600 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 701 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO