SAĞLAMLIQ

Yeni doğulmuş uşaqlar niyə səpir?

  • 29 May 2018
  • 157760 baxış

Əksər yeni doğulmuş körpələrdə bir çox fərqli-fərqli səpkilərə rast gəlirik. Bu isə əksər valideynlərdə narahatlıq hissi doğurur.

XalqTV.com medicina.az-a istinadən bildirir ki, uzman pediatr Altay Abdullaoğlunun sözlərinə görə, bu səpkilər bir çox hallarda hətta qorxulu görünsə də, fizioloji, yəni normal haldır:

"Bunlardan biri də "Neonatal pustular melanosis" dediyimiz səpkilərdir. Bu səpkilər körpədə əsasən yanaqda, boyunun arxasında, beldə, ətraflarda, əl və ayaqlarda olur. Adətən 3 həftəsindən 3 ayına kimi görünür. Heç bir müalicə tələb etmədən öz-özünə keçib gedir".

>

Əksər hallarda körpələrə antibiotik müalicəsi təyin edildiyini bildirən mütəxəssis bunun çox yanlış olduğunu da vurğulayıb.

"Nəzərə alınmalıdır ki, Pustular melanosis keçici bir haldır. Təbii ki, dəridə görünən bu dəyişikliyin Neonatal pustula melanosis və yaxud da hər hansı bir infeksion dəri problemi olduğu həkim tərəfindən aydınlaşdırılmalıdır",-deyə Abdullaoğlu qeyd edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45766 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 637 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 638 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 608 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 713 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO