idman

Mədətov və Abbasovdan \"siftə\"

  • 29 May 2018
  • 159116 baxış

Mahir Mədətov Azərbaycan millisində qol hesabını açıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, gənc hücumçu Qırğızıstanla yoldaşlıq görüşündə buna nail olub.

Belə ki, hazırda davam edən matçın 75-ci dəqiqəsində rəqib qapıçısını məyus edən Mədətov hesabı 2:0-a çatdırıb. Bununla Mahir yığmamızda qol vuran 58-ci oyunçu olub. Ona qədər 57 nəfər azarkeşləri qolla sevindirmişdi. "Qarabağ"ın hücumçusu "siftə"ni 5-ci matçında edib.

Həmçinin qarşılaşmanın 84-cü dəqiqəsində rəqibi cəzalandıran Ürfan Abbasov isə "siftə" edən 59-cu futbolçu olub. O da bunu 5-ci matçında həyata keçirib.

Qeyd edək ki, yığmamızın daha 4 qolunu rəqiblər öz qapılarından keçiriblər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR