Siyasət

Roma Papası Prezident İlham Əliyevi təbrik edib

  • 29 May 2018
  • 154534 baxış

Roma Papası Fransiskdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Qoy Uca Tanrı ölkənizin bütün vətəndaşlarının maraqları naminə tərəqqi və rifaha yönəlmiş fəaliyyətinizdə Sizə yardımçı olsun.

Zati-aliləri, fürsətdən istifadə edərək Roma Papası seçilməyimin beşinci ildönümü münasibətilə mənə ünvanladığınız təbriklərə görə Sizə öz minnətdarlığımı bildirirəm və Allahdan xeyir-dualar diləyirəm. Ulu Tanrının mərhəmətinin Sizin, doğmalarınızın və bütün Azərbaycan xalqının üzərindən əskik olmaması üçün dualar edirəm".

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR