Siyasət

Vladimir Putin Azərbaycana yeni səfir təyin etdi

  • 29 May 2018
  • 152812 baxış

Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Azərbaycana səfir təyin edib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə müvafiq sərəncam verilib.

70 yaşlı diplomat 2006-cı ildən bu ilin fevralına qədər Rusiyanın Qazaxıstanda səfiri olub.

Yeni səfir bu vəzifədə Vladimir Doroxini əvəz edib. V.Doroxin 2017-ci ilin noyabrında tutduğu vəzifədən azad edilib.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR