Hadisə

İki piyadanı öldürən sürücüyə hökm oxunub

  • 29 May 2018
  • 159123 baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində Məhəmməd Behbudovun (1971-ci il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

XalqTv.com-un məlumatına görə, ötən ilin dekabrın 5-i, səhər saat 07:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində piyada keçidində Məhəmməd Behbudov idarə etdiyi “Hyundai” markalı sərnişin avtobusu ilə Arzuyə Abdullayevanı (1969-cu il təv.) və Nüşabə Rzayevanı (1988-ci il təv.) vurub. 

Hər iki piyada hadisə yerində keçinib. Sürücü Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 6 ay müdddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, o, iclas zalında həbs edilib. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR