idman
\"Sevilya\"da yeni baş məşqçi
İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, La Liqa klubunu yeni mövsümdən Pablo Maçin çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
43 yaşlı ispaniyalı mütəxəssis yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Maçinin son iş yeri "Jirona" olub. O, son mövsümdə 10-cu yeri tutan bu komandada 2014-cü ildən çalışırdı. "Sevilya" isə mövsümü 7-ci pillədə başa vurub.
XalqTV.com
RƏYLƏR