idman

Karvaxalın durumuna aydınlıq gəldi

  • 29 May 2018
  • 159341 baxış

İspaniya millisinin və "Real Madrid"in futbolçusu Daniel Karvaxal Çempionlar Liqasının finalında İngiltərə "Liverpul"u ilə oyunda aldığı zədədən sonra əlavə müayinədən keçib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin sağ baldırın arxa əzələlərində problem aşkarlanıb. Lakin Karvaxalın əvvəlcədən güman edildiyi qədər ciddi xəsarətlə üzləşmədiyi və dünya çempionatına yollana biləcəyi müəyyənləşib. O, 2-3 həftəyə tam sağalacaq. Ən pis halda, sağ cinah oyunçusu iyunun 15-də Portuqaliyaya qarşı keçirəcəkləri ilk oyunu buraxacaq. 

Qeyd edək ki, B qrupunda İspaniya yığmasının digər rəqibləri Mərakeş və İran olacaq. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR