Xaricdə iş elanları nə qədər etibarlıdır? - VİDEO
Xarici ölkədə maaş yüksək, görüləcək iş isə azdır. Həm də sizdən bu işdə çalışmaq üçün ixtisasa aid heç nə tələb olunmur. XalqTV.com bildirir ki, bu cür iş elanları sosial şəbəkələrdə, eləcə də müxtəlif elan saytlarında tez-tez yayılmaqdadır. Ekspert Sahib Məmmədov bildirir ki, vətəndaşlar bu elanlara diqqətlə yanaşmalı və dərindən araşdırmalıdır.
Bəzən bu elanlar vətəndaşların insan alverinin qurbanına çevrilməsinə də səbəb ola bilər.Ona görə ekspert xarici ölkəyə işləməyə gedərkən pasportu heç kəsə verməməyi tövsiyyə edir. Əks halda bu sənəd olmadan vətəndaşlar insan alverçilərinin əlində qula çevrilə bilərlər.
Onu da qeyd edək ki, təkcə Şərq ölkələrində deyil, hətta Avropa ölkələrində dəbu işlə məşğul olan cinayətkar qruplar mövcutdur. Buna görə ekspertlər Avropa ölkəsi adına aldanıb heç bir araşdırma aparmadan işləmək üçün getməyi doğru seçim hesab etmirlər. /xezerxeber.az
>XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />