İqtisadiyyat
Virtual pulların qiyməti düşür
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bitkoin 7,2 min dolar ətrafında alınıb satılır.
Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,56% ucuzlaşaraq 7,2 min dollar təşkil edib.
>Alternativ kriptovalyutaların qiymətində də bu gün ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum" 8,68% və ya 534 dollaradək, "Ripple"3,43% (0,584 dollara qədər), "Bitcoin Cash" isə 5,56% (935,63 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 311,583 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.
XalqTV.com
RƏYLƏR