idman

Eminsiz \"Kalmar\" liderlə \"sülh bağladı\"

  • 28 May 2018
  • 157353 baxış

Futbol üzrə İsveç çempionatında 11-ci turun oyunları keçirilib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar" da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda lider "Hammarbü" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Emin bu görüşdə də meydana çıxmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.

"Kalmar" hazırda 17 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR