Siyasət

Məmmədyarov Nyu-Yorka yollandı

  • 28 May 2018
  • 154580 baxış

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Bu barədə XalqTv.com-a XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Nazir Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR