İqtisadiyyat

Mal və qoyun ətinin istehsalçı qiyməti bahalaşıb

  • 28 May 2018
  • 154565 baxış

2018-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 6.4%-lik artım baş verib. 

XalqTv.com Mərkəzi Banka istinadən xəbər verir ki, bu da daha çox bitkiçilik məhsullarının bahalaşması (6.6%) hesabına olub. 

Belə ki, birillik bitkilərin qiyməti dövr ərzində 9% bahalaşıb.  Dövr ərzində heyvandarlıq məhsulları 6.2% qiymət artımı qeydə alınıb.

Mal əti 8.4%, qoyun əti 5.1% bahalaşıb. Eyni dövrdə qiymətlər meşə təsərrüfatı məhsulları üzrə 1.5%, balıq və sair balıqçılıq məhsulları üzrə isə 7.9% artıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR