İqtisadiyyat

TANAP üzrə ilk təbii qaz satışının vaxtı açıqlandı

  • 28 May 2018
  • 152744 baxış

Azərbaycan təbii qazının Türkiyə  və Avropa bazarına çıxışı təmin edəcək Trans-Anadolu qaz kəmərinin (TANAP) açılışı iyunun 12-də Əskişəhərdə baş tutacaq. 

XalqTv.com-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimə Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçıları, eləcə də Avropa Birliyinin enerji nazirləri qatılacaq.

TANAP üzrə ilk qaz iyunun 30-da ötürüləcək. İlin sonuna qədər  kəmər vasitəsilə 1 milyard kubmetr qaz ixrac olunacaq. 

Türkiyə mətbuatı yazır ki, açılış mərasimi ilə bağlı Əskişəhərdə hazırlıqlar sürətləndirilib. Bildirilir ki, xəttin Əskişəhərdən keçən hissəsində işlərin böyük qismi tamamlanıb. Boru kəmərində lazımlı testlər aparılaraq, qaz axınının qarşısında maneə olmadığı qənaətinə gəlinib. 

Qeyd olunur ki, boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetr proqnozlaşdırılır. Bu həcmin altı milyard kubmetri Türkiyəyə, yerdə qalan hissəsi isə Avropaya ötürüləcək. 

TANAP-ın Əskişəhər və Trakya arasındakı bölümünün inşası 2019-cu ildə tamamlanacaq. BOTAŞ həm də Trakya xətti üzərində qaz ala biləcək. Beləliklə TANAP Türkiyənin qaza olan tələbatının 10 faizini ödəmiş olacaq.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR