SAĞLAMLIQ

Orucun şəkər xəstəliyinin qarşısını almaqda müstəsna rolu

  • 28 May 2018
  • 154559 baxış

ABŞ-ın kardiologiya institutunun mütəxəssislərinin keçirdikləri araşdırmanın nəticəsində məlum olub ki, yeməkdən pəhriz edən zaman insan orqanizmində müsbət bioloji proses baş verir. Bu bioloji proses nəticəsində insan orqanizminin piy hüceyrələrindən olan zərərli xolesterin enerjiyə çevrilir.

Milli.Az XalqTv.com-a istinadən bildirir ki, ABŞ-ın diabet assosiasiyasının San-Fransisko ştatında keçirdikləri iclasda mütəxəssislər bildiriblər ki, bu proses insanlarda post-diabet vəziyyətlərdə diabet amilləri ilə mübarizə aparmağa kömək edir.

Mütəxəssislərin keçirdikləri təhqiqatda 30 yaşından 69 yaşınadək xanım və kişilər iştirak ediblər. Təhqiqatda iştirak edən bütün insanların qan dövranı sistemində qlükoza miqdarı normadan artıq olub. İnsan 10-12 saat ac qalandan sonra orqanizm enerjini alternativ mənbələrdən axtarmağa başlayıb. Araşdırmaçılar bildiriblər ki, orqanizm pəhriz zamanı piy hüceyrələrində mövcud olan xolesterindən enerji əldə edib.    

Qeyd edək ki, piy hüceyrələrində olan xolesterin insanın diabet xəstəliyinə yoluxmasına səbəb olur. Lakin, bu piy hüceyrələrində xolesterin orqanizmdə baş verən proses zamanı enerjiyə çevrilməsi diabet xəstəliyinə yoluxma riskini ciddi şəkildə azaldır.

ABŞ-ın "Intermountain Medical Center" kardiologiya institutunun genetik epidemiologiya və kardioboru xəstəlikləri bölməsinin direktoru Benjamin Horn bəyan edib ki, bu tədqiqatın nəticəsi olaraq məlum olur ki, oruc tutmaq ciddi şəkildə diabet xəstəliyinin qarşısını alır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 611 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO