idman

Samsung rekord təzminata məhkum edildi

  • 27 May 2018
  • 158634 baxış

ABŞ-ın Kaliforniya ştatının andlılar məhkəməsi "Samsung" korporasiyasını "Apple"ın müəllif hüquqlarını pozduğu səbəbi ilə ABŞ şirkətinə 539 milyon dollar məbləğində təzminat ödəməyə məhkum edib.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">lent.az-a istinadən bildirir ki, məhkəmə belə qərara gəlib ki, "Samsung" smartfonların dizaynı ilə bağlı 3 patenti, eləcə də cihazların texnoloji funksiyaları ilə əlaqəli 2 patenti pozub. "Apple" Cənubi Koreya şirkətindən 1 milyard dollar tələb edirdi, "Samsung" isə cəmi 28 milyon dollar ödəməyə razı idi.

Məhkəmə çəkişməsi 2011-ci ildə başlayıb. "Apple" rəqibini "iPhone" texnologiyalarından "Galaxy" smartfonlarında qanunsuz istifadə etməkdə suçlayıb. Tərəflər təzminatın hansı qaydada hesablanacağı məsələsində mübahisə ediblər. Belə ki, təzminat hesablananda smartfonun ümumi qiymətini, yoxsa onun ayrı-ayrı elementlərini nəzərə almaq məsələsində fikri ayrılığı yaranıb. "Apple" cihazın ümumi qiymətini nəzərə almağı tələb edib, "Samsung" isə bununla razılaşmayıb.

>

"Apple" məhkəmə qərarı ilə əlaqədar yaydığı açıqlamada bəyan edib ki, "Samsung" ilə mübahisə təkcə pul məsələsi üstündə deyil: "Biz öz dizaynımızın dəyərinə səmimi olaraq inanırıq, bizim komandamız isə müştərilərə sevinc bəxş edən innovasion məhsullar hazırlamaq üzərində daim çalışır".

"Samsung" qərardan şikayət verəcəyini bəyan edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR