idman

"Qarabağ" Gürcüstan klubları ilə qarşılaşacaq

  • 27 May 2017
  • 223 baxış

"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstana yollanacaq.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, ağdamlılar Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

Bu gün başlayan yarış iyunun 2-nə qədər davam edəcək. "Qarabağ" birinci qrupda Gürcüstanın "İveriya", "Olimpik" və "Champion" klubları ilə qarşılaşacaq.
 
Azərbaycan təmsilçisi ilk oyunu bu gün "İveriya"ya qarşı keçirəcək. Oyunlar Tbilisi "Dinamo"su akademiyasının meydançalarında baş tutacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR