idman

Tanınmış jurnalistə vəzifə verildi

  • 27 May 2017
  • 225 baxış

"Neftçi"nin mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib. 

XalqTV.com 1news.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycanın tanınmış idman jurnalisti və şərhçisi Rüstəm Əfsərli təyin olunub. Onun təyinatı iyunun 1-də rəsmən elan olunacaq. 

Əfsərli bunadək "Simurq" və AZAL-da işləyib. 2015-ci ildə "CBC Sport" yaranandan isə onun sıralarında olaraq şərhçilər qrupuna rəhbərlik edirdi. O, eyni zamanda həmin telekanalda İtaliya futbolu haqda efirə gedən "Kalçomaniya" teleproqramının müəllifi və aparıcısı idi.

Xatırladaq ki, "Neftçi"nin bundan öncəki mətbuat xidməti rəhbəri də televiziyaçı - keçmiş ANS-çi Mehman Rəsulov olub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR