Hadisə

Göygöldə ağır qəza: İki ölü

  • 26 May 2018
  • 157952 baxış

Göygöl rayonunda “KamAZ” markalı yük maşınının aşması nəticəsində ölən sərnişinlərdən daha birinin şəxsiyyəti məlum olub. 

Oxu.Az “Report” bu, qəza yerində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Rəşad Qəşəm oğlu Bədəlovdur.

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın XalqTv.com-a istinadən məlumatına görə, “KamAZ” markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. 

Xəsarət alan şəxslərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Digər xəsarət almış şəxs xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR