idman

Fekir klubunu dəyişə biləcəyinə işarə vurub

  • 25 May 2018
  • 157981 baxış

"Lion"un yarımmüdafiəçisi Nabil Fekir karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. "Arsenal", "Mançester Yunayted", "Çelsi" və "Liverul" fransalı futbolçu ilə yaxından maraqlanır.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı havbek də klubunu dəyişmək istədiyinə işarə vurub.

"Qərar qəbul etmək üçün klubun prezidenti, yaxın ətrafımla müzakirə apara bilərik. Həyatda qeyri-mümkün heç nə yoxdur. Nə olacağını hələ bilmirəm. Məşqçilər heyəti, möhtəşəm futbolçular və azarkeşlərlə birlikdə yaxşı mövsüm keçirdik. Emosiyalar çox oldu, amma indi vəziyyətin necə olacağına baxmaq lazımdır" - Fekir qeyd edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR